DYP sürücülərə müraciət edib

16:15 - 15 Avqust 2023 - ÖLKƏ İÇİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“Sürət məhdudiyyətlərinə riayət etmək yalnız sizin deyil, ətrafınızdakı hər kəsin təhlükəsizliyini təmin edir. Bir neçə saniyə ərazidə daha sürətli getmək, çox dəyərli həyatları riskə atmağa bərabərdir. Səyahət zamanı sürətinizi nəzarət altında saxlamağınızın nə qədər əhəmiyyətli olduğunu xatırlatmalıyıq.

Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər. Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir. Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürətinizi nəzarət altında saxlayın. Sürəti yox, həyatı seç!”

Xəbər xətti