Dəməşqdə silah-sursat anbarında partlayış olub

15:04 - 15 Avqust 2023 - DÜNYA

Suriyanın Dəməşq əyalətində silah-sursat anbarında partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, anbar Livanın şiə Hizbullah hərəkatının dəstələrinin olduğu ərazidə yerləşir. Kanalın məlumatına görə, partlayış nəticəsində ölənlər var, ölənlərin dəqiq sayı göstərilmir.

Xəbər xətti