Çində torpaq sürüşməsində 24 nəfər ölüb

12:01 - 15 Avqust 2023 - DÜNYA

Çinin şimal-qərbindəki Şensi əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Çin Televiziyası məlumat yayıb. Daha 3 nəfər itkin düşmüş hesab olunur.

Torpaq sürüşməsi cümə günü Sian şəhəri yaxınlığındakı kənd ərazisində baş verib. Güclü yağışlar nəticəsində yerindən çıxan qaya 2 fərdi evi tamamilə dağıdıb.

Xilasedicilər hadisə yerində axtarış işlərini davam etdirirlər.

Xəbər xətti