Litva Belarusla sərhəddə iki keçid məntəqəsinin bağlanmasını avqustun 18-nə təxirə salıb
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Belarusla sərhəddə altı buraxılış məntəqəsindən (keçid məntəqəsi) ikisinin bağlanması Litva tərəfindən avqustun 15-dən avqustun 18-dək təxirə salınıb.
Nəşr qeyd edir ki, avqustun 16-da Litva hökumətinin iclası keçirilməlidir. Onun çərçivəsində avqustun 18-dən Şumskas və Tveryaçyusda nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan milli miqyasda fövqəladə vəziyyət haqqında müddəaya dəyişiklik edilməsi barədə qərar layihəsini müzakirə etməlidirlər.