Koreya Respublikasının prezidenti Yoon Seok-yeolun atası Yoon Gi-junq 92 yaşında Seulda vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Cənubi Koreya liderinin atası Yonsey Universitetinin fəxri professoru olub. 1973-1997-ci illərdə tətbiqi statistikadan dərs deyib. O, bu yaxınlarda Seul Milli Universitet Xəstəxanasına yerləşdirilib.
Cənubi Koreya liderinin ofisindən bildirilib ki, dəfn mərasimi ailə dairəsində keçiriləcək.