Xəbər verdiyimiz kimi, ötən gün Mahaçqalada güclü partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Çox sayda yaralı var.
Yerli hakimiyyət bu səbəbdən respublika ərazisində matəm elan edib. Bu gün bütün ölkə ərazisində dövlət bayraqları yarıya endiriləcək. Hakimiyyət həmçinin mədəniyyət müəssisələrini və telekanalları əyləncəli tədbirləri və proqramları ləğv etməyə çağırıb.