Fransanın cənubunda yanğınların sahəsi 10 dəfə artıb

00:33 - 15 Avqust 2023 - DÜNYA

Fransanın cənubundakı Sen-Andre kommunası ərazisində güclü təbii yanğın səbəbindən 3 mindən çox insan təxliyə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, hazırda yanğının sahəsi 530 hektara yaxındır. Əsasən yerli sakinlər, həmçinin yaxınlıqdakı düşərgələrdən turistlər təxliyə edilib. Hadisə yerinə 500-dən çox yanğınsöndürən, 13 təyyarə və 3 helikopter göndərilib.

 İsti hava və güclü külək yanğınla mübarizəni çətinləşdirir.

Xəbər xətti