Rusiyada təyyarə qəzaya uğrayıb

23:45 - 14 Avqust 2023 - DÜNYA

Rusiyanın Krasnodar diyarında L-39 təlim təyyarəsi qəzaya uğrayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ekipaj üzvlərindən biri ölüb.

Bildirilir ki, avqustun 14-də Krasnodar diyarında planlı təlim uçuşu zamanı təlim aviasiya alayının L-39 təlim təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Tələfat və dağıntı olmayıb.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər xətti