Hindistanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar Banqladeşlə sərhəd yaxınlığında yerləşən Karimqanc şəhərindən 18 kilometr aralıda baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşirdi.
Zəlzələ bölgəsində tələfat və dağıntılar barədə məlumat verilmir.