Seneqal Nigerə qoşun yeridə bilər - KİV

17:25 - 14 Avqust 2023 - DÜNYA

Seneqal hakimiyyəti ordunu səfərbər etməyə başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Seneqalın "L'Observateur" qəzeti Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Mbaye Sissenin notuna istinadən məlumat yayıb. Bildirilir ki, bu, ölkənin Nigerə qoşun göndərməyə hazır olması anlamına gələ bilər.

Nəşrin məlumatına görə, Sisse avqustun 11-də yazdığı memorandumda hərbçiləri ölkənin qərbindəki Ties şəhərində toplaşmağa çağırıb. 

Qeyd edildiyi kimi, ECOWAS-ın Niger üzrə ikinci sammiti çərçivəsində Seneqal prezidenti Maki Sal eyham edib ki, hərbi həll yolu mümkündür, lakin sülh yolu ilə həll variantı prioritet olaraq qalır.

Qəzet adı açıqlanmayan Seneqal ordusunun zabitinə istinadən yazır ki, hərbçilər müdaxilə etməyə hazırdırlar və hakimiyyət orqanlarının tədbir görmək qərarını gözləyirlər.

Xəbər xətti