Koreyanın Tokiodakı səfirliyinə bomba hədəsi ilə məktub daxil olub

13:06 - 14 Avqust 2023 - DÜNYA

Koreya Respublikasının Yaponiyadakı səfirliyi ötən həftə binasını partlatmaq təhlükəsi ilə bağlı məktub aldığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. 

"Mən yaponam. Mən sizi partlayışla bağlı əvvəlcədən xəbərdar edirəm", - məktubda deyilir. Yonhap bildirir ki, o, avtomatik tərcümə xidmətindən istifadə edərək Koreya dilində yazılıb. Lakin o, mümkün terror aktının təxmini vaxtını göstərmir.

Yaponiya hakimiyyətindən diplomatik missiyanın mühafizəsini bir aya yaxın gücləndirməyi xahiş edilib.

Xəbər xətti