50 nəfərdən ibarət dəstə Los-Ancelesdə dəbdəbəli Nordstrom mağazasını qarət edib
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Post yazıb. Bildirilir ki, cinayətkar dəstəsi Los-Ancelesdəki Nordstrom mağazasından on minlərlə dollar dəyərində mal oğurlayıb.
Polisin dediyinə görə, başlıq və maska taxan təxminən 50 nəfər Topanga Mall-da Nordstrom lüks geyim mağazasına daxil olub. Dəstə mağazaya soxularaq şüşələri sındırmağa, bahalı çanta və paltarları götürməyə başlayıb.
Cinayətkarlar dəyəri 60-100 min dollar arasında olan malları apara biliblər. Oğurluqdan sonra onlar bir neçə BMW və Lexus markalı avtomobillərə minib qaçıblar.