İran hakimiyyəti İslam Respublikasının cənub-qərbində Fars əyalətində yerləşən Şiraz şəhərindəki Şah Çıraq məqbərəsində terror aktının təşkilində iştirakda şübhəli bilinən 4 nəfəri həbs edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət məhkəməsinin sədri Kazım Musəvi məlumat verib.
Musəvi əlavə edib ki, hakimiyyət hücumdan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan terrorçunu hələ də dindirir.
Xatırladaq ki, bazar günü Şah Çıraq məqbərəsində terror aktı baş verib. Son məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.