Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili göldə boğulub

11:28 - 14 Avqust 2023 - DÜNYA

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Sevan gölündə boğulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bazar günü saat 20:17-də Sevan 2-ci ictimai çimərliyində növbətçi olan su xilasediciləri göldə çimən bir nəfərin itdiyini görüblər.

Xilasedicilər onu sudan çıxarıblar və gələn təcili yardım briqadası onun öldüyünü müəyyən edib.

Ölən şəxsin Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Oleksandr Sençenko olduğu bildirilib.

Xəbər xətti