Almaniyanın maliyyə naziri Kristian Lindner Kiyevə gəlib.
Ucnoqta.az xəbər verir ki, onun hökumət rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub. Bu, onun Ukraynaya müharibə başlayandan bəri ilk səfəridir.
"Biz Ukraynanın yanındayıq, yan-yanayıq. Bu gün biz də gələcəyə baxacağıq. Biz Federal Maliyyə Nazirliyinin Ukrayna tərəfini necə dəstəkləyə biləcəyini xüsusi müzakirə etmək istəyirik", - o, jurnalistlərə bildirib.