Rusiya ordusunun Ukraynada canlı qüvvə itkiləri daha da artıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, daha 530 rusiyalı hərbiçisi həlak olub. Bununla da, Ukraynada Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 254380-ə çatıb.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Ordusunun 8 tank, 19 zirehli texnika, 27 artilleriya sistemi, 1 MLRS, 2 hava hücumundan müdafiə sistemi, 9 PUA, 19 nəqliyyat vasitəsi, 6 ədəd xüsusi texnikası məhv edilib.