Çinin müdafiə naziri avqustda Rusiya və Belarusa səfər edəcək

10:30 - 14 Avqust 2023 - DÜNYA

Çinin müdafiə naziri Li Şanqfu avqustun 14-19-da Rusiya və Belarusa səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər Rusiyanın müdafiə naziri Sergey Şoyqu və onun belaruslu həmkarı Viktor Xreninin dəvəti ilə təşkil olunub. Moskvada Li XI Moskva Təhlükəsizlik Konfransında iştirak edəcək.

Belarusda Li hərbçilər və hökumət nümayəndələri ilə görüşəcək, həmçinin hərbi hissələrə baş çəkəcək.

Xəbər xətti