Tovuzda xəstəxanada 4 günlük körpə ölüb

09:46 - 14 Avqust 2023 - HADİSƏ

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.

“Report”un əldə etdiyi məlumata görə, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

 

Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti