Moldova hakimiyyətinin diplomatik missiyanın əməkdaşlarının ixtisar edilməsi tələbi ilə üzləşən diplomatlar və Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşları respublikanı tərk edirlər.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Kişinyov beynəlxalq hava limanına 45 nəfər gəlib və burada onları xüsusi reys gözləyir.
Rusiya diplomatlarını yola salmağa ictimai təşkilatların nümayəndələri gəliblər.
Moldova tərəfi diplomata avqustun 15-dək Rusiya səfirliyinin əməkdaşlarının respublikanın Moskvadakı nümayəndəliyinin sayına - 10 diplomatik işçi və inzibati-texniki funksiyalara cavabdeh olan 15 nəfərə qədər azaldılmasının zəruriliyi barədə məlumat verib.