Kuba Fidel Kastronun 97 yaşını qeyd edib

08:30 - 14 Avqust 2023 - DÜNYA

Kuba bazar günü adada inqilabın lideri Fidel Kastronun anadan olmasının 97-ci ildönümünü qeyd edib.

Ucnoqta.az xəbər verir ki, sakinlər və respublika rəhbərliyinin nümayəndələri Santyaqo-de-Kubada Santa İfigeniya xatirə qəbiristanlığında Kastronun məzarı üzərinə gül dəstələri qoyublar.

Kubanın dövlət bayraqları və vaxtilə Kastronun rəhbərlik etdiyi 26 İyul Hərəkatının qara və qırmızı bayraqları hökumət binalarına asılmışdı. Qərb yarımkürəsində ilk sosialist dövlətinin banisinin həyatının ən mühüm mərhələlərindən bəhs edən televiziya proqramları və filmlər yayımlanıb.

Kubada Fidel Kastronun ad günləri həmişə heç bir rəsmi qeyd etmədən keçirilib. Komandanta sonuncu dəfə 90 illik yubileyində ictimaiyyət qarşısına çıxıb. O, Havanadakı Karl Marks Teatrında 5000-dən çox tamaşaçı toplayan qala-tamaşa qatılıb.

Xəbər xətti