Neymar iki il ərzində "Əl-Hilal" ilə 160 milyon avroya müqavilə bağlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə L'Equipe yazıb. Fevral ayından zədə səbəbindən "PSJ"də rəsmi oyunlarda iştirak etməyən hücumçu "Barselona"ya qayıtmaq istəsə də, Səudiyyə Ərəbistanına keçəcək.
PSJ-nin braziliyalı hücumçusu Neymar Əl-Hilalla şəxsi müqavilənin şərtlərini razılaşdırıb, ona görə iki il ərzində Səudiyyə Ərəbistanında 160 milyon avro qazanacaq.
Qeyd edək ki, Fransada transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.