Ekspert sürücülərə müraciət etdi: Kondisionersiz avtomobillə yola çıxmaq...

14:35 - 13 Avqust 2023 - ÖLKƏ İÇİ

Sürücü və sərnişinlər nəzərə alsınlar ki, belə qızmar havada kondisionersiz avtomobillə yola çıxmaq çox risklidir.

Ucnoqta.az xəbər verir ki, bunu hüquqşünas, ekspert Ərşad Hüseynov bildirib. Ekspert qeyd edir ki, ən riskli vaxt isə 11.00-18.00 arası olan saatlardır:

"Unutmayın ki, Günəş altında ən çox qızan yer asfalt yollardır. Təsəvvür edin ki, havanın temperaturu 40-in üstündədirsə, asfaltın üzərində 1-2 metrlik hava təbəqəsinin temperaturu 50-nin üzərində olacaq (asfaltın öz temperaturu 60-ı, hətta 70-i keçə bilər). Pəncərəsi açıq avtomobildə hərəkət edərkən belə qızmar hava axını insan bədəninin mayesini daha qısa müddətdə azaldacaq, gözlər qurumağa başlayacaq. Adamın yaşından və səhhətinin ümumi vəziyyətindən asılı olaraq bunun ciddi fəsadları ola bilər, sükan arxasında halı pisləşən sürücü ağır qəzaya səbəb ola bilər...

Özünüzü qoruyun. Hər bir halda istilər keçib gedəcək..."

Xəbər xətti