Polşa sərhədçiləri sərhədi keçməyə çalışan miqrantlara qarşı su şırnaqlarından istifadə ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Mühafizəsi öz X səhifəsində məlumat yayıb. Polşa sərhədçiləri sərhədi keçməyə çalışan miqrantlara qarşı su şırnaqlarından istifadə ediblər,
Sərhədçilərin məlumatına görə, avqustun 11-də Konqo və Eritreya vətəndaşları da daxil olmaqla 106 nəfər Polşaya qanunsuz daxil olmağa cəhd edib.
40 nəfərlik böyük qrup sərhədi keçib, onlardan birində bıçaq olub. Onlar sərhədçilərə daş atıblar. Hadisə yerinə su şırnaqları olan “Tajfun” markalı avtomobil göndərilib. Sərhəd keçidinin qarşısı alınıb.