Misir Ukraynaya silah verməkdən imtina edib

21:37 - 11 Avqust 2023 - DÜNYA

ABŞ Misirdən Ukraynaya silah tədarük etməyə başlamağa çalışır, lakin Qahirə təzyiqlərə boyun əymir.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə olaraq bu ilin martında Ukraynaya top mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və atıcı silahların təhvil verilməsi xahişi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət etsə də dəqiq cavab almayıb. Daha sonra təkbətək söhbətlərdə Misir administrasiyasının üzvləri Kiyevə silah tədarükü planının olmadığını bildiriblər.

ABŞ və Misir nümayəndələri nəşrə bu məsələ ilə bağlı danışıqların aparılması ilə bağlı məlumatı təsdiqləməyiblər.

Xəbər xətti