Amerikalı milyarder və dünyanın üçüncü ən varlı adamı Ceff Bezos Florida ştatındakı Indian Creek eksklüziv adasında 68 milyon dollara malikanə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb. Məlumata görə, 1,1 hektar ərazidə yerləşən üç otaqlı mülk 1965-ci ildə tikilib və əvvəllər MTM Star International şirkətinə məxsus olub.
Indian Creek, Florida ştatının Mayami-Dade qraflığında yerləşən ABŞ-da şəhər və adadır. Təcrid olunmuş yeri və varlı sakinlərinə görə Indian Creek "Milyarderin Bunkeri" adlanır. Adadakı daşınmaz əmlak futbolçu Tom Bredi, iş adamı Cared Kuşner və ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka kimi məşhurlara məxsusdur.