Lənkəranda 12 yaşlı qız ehtiyatsızlıqdan ölüb

15:06 - 11 Avqust 2023 - HADİSƏ

Lənkəran rayonunda 12 yaşlı yeniyetmə qızın boynu sınaraq ölüb.

“Report”un məlumatına görə, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti