Aİ Niger prezidentinin dərhal azad edilməsini tələb edib

13:50 - 11 Avqust 2023 - DÜNYA

Avropa İttifaqının xarici xidmətinin rəhbəri Josep Borrell əlavə şərtlər olmadan Niger prezidenti Məhəmməd Bazumun dərhal azad edilməsini tələb edib.

Ucnoqta.az xəbər verir ki, Aİ rəhbəri bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomat yazıb ki, Aİ son məlumatlara görə, bir neçə gündür qida, elektrik enerjisi və əsas xidmətlərdən məhrum olan Bazum və ailəsinin vəziyyətinin pisləşməsindən dərin narahatdır.

"Biz bir daha Bazumun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq" - Borrell qeyd edib.

Xəbər xətti