Avstraliya, Hindistan, ABŞ və Yaponiya silahlı qüvvələrinin iştirak edəcəyi Malabar dəniz təlimləri Avstraliya qitəsinin şərq sahillərində başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marles məlumat verib.
Məlumata görə, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın hərbi dəniz təlimləri ölkənin ən böyük şəhəri Sidneydə başlayıb və qitənin bütün şərq sahillərində avqustun 21-dək davam edəcək.
Təlimlərdə Avstraliya Hərbi Dəniz Qüvvələrinin Brisbane və Choules gəmiləri, MH60R helikopterləri və Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus F-35A Lightning II, Hawk 127 və P-8A Poseidon təyyarələri iştirak edir.