Almaniya yaxın vaxtlarda “Taurus” raketlərini Ukraynaya təhvil verə bilər

09:57 - 11 Avqust 2023 - DÜNYA

Almaniya yaxın vaxtlarda Ukraynanı “Taurus” raketləri ilə təmin edə bilər

Ucnoqta.az xəbər verir ki, bu barədə “Spiegel” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi raket istehsalçısına müraciət edərək, onların konstruksiyasında və məsafə həddində dəyişiklik edib. Ekspertlərin fikrincə, bu, bir neçə həftə çəkə bilər.

Qeyd olunur ki, bu yolla Almaniya kansleri Olaf Şolz Rusiya ərazisində “Taurus”dan istifadə imkanını tamamilə istisna etmək istəyir.

Xəbər xətti