Yeni Zelandiya milli təhlükəsizliyə təhdidlərin siyahısını dərc edib.
Ucnoqta.az xəbər verir ki, ölkənin kəşfiyyat idarəsi ilk dəfə Rusiya Federasiyası və Çini də bu siyahıya daxil edib. Hesabatda zorakı ekstremizm, xarici müdaxilə və casusluq əsas təhlükəsizlik təhdidləri kimi göstərilir. Yeni Zelandiyaya əhəmiyyətli ziyan vura bilən dövlətlər arasında Çin, Rusiya və İran var.
Yeni Zelandiya kəşfiyyat xidməti qeyd edib ki, ölkə üçün ən bariz təhlükə getdikcə iddialı Çindir, Rusiyanın hərəkətləri isə ciddi şəkildə Yeni Zelandiyaya qarşı yönəlməyib.
Həmçinin qeyd olunur ki, müxalifəti susdurmağa çalışan İran getdikcə aqressivləşir.