Son sutkada Rusiya ordusunun daha 580 hərbiçisi məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da, Ukraynada Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 252780-ə çatıb.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Ordusunun 12 tank, 15 zirehli texnika, 15 artilleriya sistemi, 2 hava hücumundan müdafiə sistemi, 18 PUA, 16 maşın, 10 xüsusi texnikası məhv edilib.