"Remdiesel" pilotsuz zirehli avtomobil "Zubilo" üzərində işə başlayıb.
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, "Remdiesel" ASC bütün hücum qrupları üçün pilotsuz "Zubilo" zirehli avtomobili yaradacaq.
Qeyd olunur ki, pilotsuz zirehli avtomobil “Army-2023” forumunda “Titan” zirehli avtomobili ilə yanaşı təqdim olunacaq.
Şirkətdən bildirilib ki, “Zubilo” təkcə hücum qrupları tərəfindən istifadə edilməyəcək. Pilotsuz zirehli maşın döyüş sursatı, yük və yaralıların daşınması, həmçinin radiostansiyaların və kvadrokopterlərin doldurulması üçün istifadə oluna bilər.