Məhkəmə Ekvador prezidentliyinə namizəd Fernando Villavicencionun qətlində şübhəli bilinən şəxslərin istintaq tamamlanana kimi həbs olunmasına qərar verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Ekvador prokurorluğunun təqdim etdiyi sübutlara əsasən, məhkəmə qətldə təqsirləndirilən 6 nəfərin müvəqqəti həbsi barədə qərar çıxarıb. Prokurorluğun istintaqının 30 gün davam edəcəyi qeyd olunur.
Villavicencio avqustun 9-da Kitoda keçirilən kampaniyadan sonra öldürülüb. Daha 9 nəfər yaralanıb. Şübhəlilərdən biri atışma zamanı ölümcül yaralanıb.///tass