Keyn "Tottenhem"də qalmaq niyyətindədir

19:19 - 10 Avqust 2023 - İDMAN

“Tottenhem Hotspur”un bütün zamanların ən yaxşı bombardiri Harri Keyn növbəti mövsümdə komandada qalacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports News məlumat yayıb.

Məlumata görə, futbolçu Almaniya “Bavariya”sının təklifindən imtina etməyi düşünür. "The Athletic" "Bayern"in Tottenham Hotspur ilə Keyn üçün 100 milyon avroya razılaşdığını bildirmişdi.

Keynin "Tottenhem"lə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. "The Athletic"in məlumatına görə, klub rəhbərliyi futbolçu ilə yeni müqavilə imzalamaq istəyir, lakin bu istiqamətdə heç bir irəliləyiş yoxdur.

30 yaşlı Keyn 2011-ci ildən "Tottenhem"də çıxış edir.

Xəbər xətti