Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

16:20 - 10 Avqust 2023 - ÖLKƏ İÇİ

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında ucuzlaşma müşahidə edilib. Belə ki, çörək, unun, qarabaşaq yarması, vafli, təzə balıq, yoqurt, süd, pendir, yumurta, süfrə marqarin, kərə, günəbaxan və qarğıdalı yağları, qarpız, yemiş, üzüm, banan, armud, gavalı, bibər, badımсan, xiyar, pomidor, göy lobya, soğan, kartof, konfetlər, çay, mineral sular, araq ucuzlaşıb.

Bahalaşma isə, əsasən, qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Xəbər xətti