Yəməndə "Əl-Qaidə" terror təşkilatının silahlılarının hücumu nəticəsində briqada generalı Əbdül Lətif əl-Seyid ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, terrorçuların hücumu nəticəsində komandiri müşayiət edən şəxslər də həlak olub. Ölənlərin sayı barədə məlumat verilmir.
Əl-Seyid ölkənin cənubunda yerləşən Abyan əyalətindəki “təhlükəsizlik zonası”na cavabdeh idi.