Bu istirahət mərkəzlərinin rəhbərləri cəzalandırıldı

15:14 - 10 Avqust 2023 - ÖLKƏ İÇİ

Tovuz rayonu ərazisində fəaliyyət göstərən “Tural”, “Yurd yeri”, “Fındıqlı” və “Nəvələr” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev məlumat verib.

X.Mirzəyev qeyd edib ki, faktlarla bağlı “Tural” istirahət mərkəzinin icarədarı Əlixan Tağıyev, “Yurd yeri” istirahət mərkəzinin cavabdeh şəxsi Afiq İsmayılov, “Fındıqlı” istirahət mərkəzinin səlahiyyətli nümayəndəsi Arif Hümbətov və “Nəvələr “ istirahət mərkəzinin iş icraçısı Xanoğlan Qasımov barəsində akt, protokol tərtib olunub:

“Qanunamüvafiq tədbirlər görülüb. Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib”.

Xəbər xətti