“Final” çay markasının baş sponsorluğu ilə tanınmış aparıcı Fərid Rəsul 1972-ci il istehsalı olan VAZ-2101 avtomobili ilə Neftçala rayonundan İtaliyanın avtomobil paytaxtı, FIAT şirkətinin vətəni Turin şəhərinə qədər turneyə start verib.
Ucnoqta.az xəbər verir ki, “Klassika ilə dünyaya sarı” şüarı altında əvvəlcə Azərbaycandan yola çıxan aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniyadan keçməklə, təqribən 1 aydan sonra İtaliyada turnesini sonlandıracaq.
1923-cü ildə İtaliyanın Turin şəhərində o dövrdə dünyanın ən böyük avtomobil zavodu olan Fiat Avtomobil Zavodu tikilib istifadəyə verilmişdi. Zavodu digərlərindən fərqləndirən və qeyri-adi edən damında yerləşən 1,5 km uzunluğunda olan yarış yolu idi. Uzun illər ərzində SSRİ ərazisində ən sevilən avtomobillərdən olan VAZ 2101 məhz FİAT 124 modelinin əsasında hazırlanıb.
Ölkəmizin ən sevilən markalarından olan “Final” çayın bu tədbiri dəstəkləməsi təsadüfi deyil. 30 ildir istehlakçıların sevimlisi olan adıçəkilən çay markası özü yüksək keyfiyyəti və dəyişilməz nəfis dadı ilə artıq bir klassikadır və ölkəmizdə reallaşdırılan müxtəlif yüksək səviyyəli layihələrə dəstəyini əsirgəmir.
“Final” çayı tərəfindən təşkil ediləcək müxtəlif layihələr və yeniliklər barədə məlumatlı olmaq üçün sosial media hesablarını izləyin: