Saakaşvilinin vəziyyəti pisləşib

13:50 - 10 Avqust 2023 - DÜNYA

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına görə səhhətinin vəziyyəti pisləşməkdə davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatının saytında məlumat verilib.

Qeyd olunur ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) tərəfindən dəvət olunmuş bir qrup mütəxəssis siyasətçinin səhiyyə idarəçiliyi ilə bağlı Saakaşvilinin yerləşdiyi “Vivamed” klinikasının təqdim etdiyi sənədləri öyrənib və təhlil edib və öz qiymətlərini təqdim edib.

Gürcüstanın üçüncü prezidentinə qanda leykositlərin azalması diaqnozu qoyulub, ehtimal ki, sümük iliyində problem yaranıb. Eyni zamanda, mütəxəssislər xəstənin müalicə prosesindən şikayətlərinin olmadığını qeyd ediblər. 

Gürcüstanın Ombudsman Aparatı əmin edib ki, eks-prezidentin müalicəsi davam etdiriləcək.

Xəbər xətti