Fransada taxıl anbarı yanıb

13:47 - 10 Avqust 2023 - DÜNYA

Fransanın cənub-qərbindəki La Roşel kommunasının limanı yaxınlığında yerləşən taxıl anbarında güclü yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə France Bleu radiostansiyasının məlumatında deyilir.

Məlumata görə, yanğın yerli vaxtla saat 08:00-da qeydə alınıb. Bildirilir ki, taxıl anbarında bir neçə min ton buğda var.

Yanğınla mübarizəyə 70 yanğınsöndürən cəlb olunub, əraziyə əlavə qüvvələr də göndərilib. Yanğınsöndürmə idarəsindən verilən məlumata görə, yanğın binanın içərisində yerləşən taxıl daşıyan konveyerdən başlayıb. Anbarlardan 20 nəfər təxliyə edilib. 

Xəbər xətti