Partlayış baş verən zavodun direktoru həbs olunub

12:27 - 10 Avqust 2023 - DÜNYA

“Piro-Ross” pirotexnika şirkətinin direktoru Sergey Çankaev bu gün səhər saatlarında saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, o, dindirilmək üçün İstintaq Komitəsinə aparılıb. Xatırladaq ki, avqustun 9-da Sergiyev Posad şəhərində “Piro-Ross” pirotexnika şirkətinin anbarında partlayış baş verib.

Məlumata görə, anbarın dağıntıları altından insan cəsədlərinin parçaları tapılıb. Ölənlərin kimliyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

Xəbər xətti