“Piro-Ross” pirotexnika şirkətinin direktoru Sergey Çankaev bu gün səhər saatlarında saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, o, dindirilmək üçün İstintaq Komitəsinə aparılıb. Xatırladaq ki, avqustun 9-da Sergiyev Posad şəhərində “Piro-Ross” pirotexnika şirkətinin anbarında partlayış baş verib.
Məlumata görə, anbarın dağıntıları altından insan cəsədlərinin parçaları tapılıb. Ölənlərin kimliyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.