Ərdoğan taxıl müqaviləsinin bərpasına kömək edə bilər - Kuleba

10:59 - 10 Avqust 2023 - DÜNYA

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya rəhbərliyi ilə birbaşa danışıqları yenidən istisna edib

Ucnoqta.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Corriere della sera" qəzetinə müsahibəsində deyib. XİN başçısı hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin bərpasına kömək edə bilər.

"Bəli, mümkündür. Türkiyə diplomatiyası Rusiya diplomatiyası ilə işləyir. Bu arada biz Qara dənizdən keçməyən buğda ixracı üçün alternativ yollar qururuq", - o, əlavə edib

Kuleba yenidən Rusiya rəhbərliyi ilə birbaşa danışıqları istisna edib.

Xatırladaq ki, taxıl müqaviləsi iyulun 17-də başa çatıb.

Xəbər xətti