Ekvadorda iki aylıq fövqəladə vəziyyət elan edilib

10:28 - 10 Avqust 2023 - DÜNYA

Ekvador prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernado Villavisensionun öldürülməsi ilə əlaqədar ölkədə iki aylıq fövqəladə vəziyyət elan edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, milli səviyyədə 60 günlük fövqəladə vəziyyət elan edilib və bütün ölkə ərazisində Silahlı Qüvvələrin səfərbərliyi təmin edilib.

Bildirilir ki, ölkədə növbədənkənar prezident seçkiləri ləğv edilməyib, avqustun 20-də keçiriləcək.

Xatırladaq ki, Ekvador prezidentliyinə namizəd olan Fernando Villavicencio ölkənin paytaxtı Kitoda keçirilən seçki mitinqində öldürülüb.

O, başından 3 güllə yarası alıb. Yaxınlıqdakı tibb müəssisəsinə yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər. Atışma zamanı ən azı səkkiz nəfər də yaralanıb. Onlardan 7-si eyni xəstəxanaya yerləşdirilib.

Xəbər xətti