Lənkəranda yeniyetmə dənizdə boğularaq ölüb

19:07 - 9 Avqust 2023 - HADİSƏ

Lənkəranda dənizdə bir nəfər boğularaq ölüb.

APA-nın məlumatına görə, Lənkəran rayonunun Sütəmurdov kəndində, nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007- ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib. Yeniyetmə sudan çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti