ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 5,9 milyon barel artaraq avqustun 4-nə 445,6 milyon barel təşkil edib
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən bir qədər aşağıdır.
Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçersləri 1,14% - bir barel üçün 87,16 dollara qədər bahalaşıb, WTI markalı xam neftin 2023-cü ilin sentyabrında çatdırılması üçün fyuçers müqaviləsinin dəyəri isə artıb 84,14 dollar/barel (+1,70%).