Gürcüstanın Abxaziya bölgəsində qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı

14:55 - 9 Avqust 2023 - HADİSƏ

Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində “Abxaziya vətəndaşı”nı öldürməkdə şübhəli bilinən Azərbaycan və Özbəkistan vətəndaşları saxlanılıb.

APA-nın Tbilisi müxbiri “Netgazeti” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Abxaziyadakı de-fakto rejimin "Daxili İşlər Nazirliyi" yayıb.

Bildirilib ki, qətlə yetirilən Rıdvan Xan İpa həm də Türkiyə sakini olub.

Qondarma rejimin məlumatına görə, avqustun 6-da Azərbaycan və Özbəkistan vətəndaşları axtarışa veriliblər və vətəndaşlara onların yeri ilə bağlı məlumatlı olduqları təqdirdə “hüquq-mühafizə orqanları” ilə əlaqə saxlamaq çağırışı edilib. Bildirilib ki, hər iki şübhəli avqustun 8-də “polis” tərəfindən saxlanılıb.

Xəbər xətti