Rusiya üçün təhlükəli olan NATO silahları Finlandiyada yerləşdirilə bilər - Şoyqu

14:25 - 9 Avqust 2023 - DÜNYA

Finlandiyaya NATO kontingentinin və Rusiyanın şimal-qərb bölgələrində kritik hədəfləri vurmağa qadir olan silahların yerləşdirilməsi ehtimalı var.

Ucnoqta.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Rusiya Federasiyası Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

“Çox güman ki, Finlandiya ərazisinə əlavə hərbi kontingentlər və NATO-nun zərbə silahları yerləşdiriləcək, onlar Rusiyanın Şimal-Qərbindəki kritik hədəfləri xeyli dərinlikdə vurmağa qadirdir”, - deyə nazirliyin rəhbəri bildirib.

Xəbər xətti