Meksikada 6,4 bal gücündə zəlzələ baş verib
Ucnoqta.az xəbər verir ki, yerli seysmoloji xidmət X sosial şəbəkəsində məlumat yayıb.
Yeraltı təkanların episentri Meksikanın cənub-şərqindəki Çiapas ştatının Tonala şəhərindən 22 kilometr şərqdə yerləşib. Mənbə 129 kilometr dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat verilmir.