Laçın, Füzuli və Zəngilana köçürüləcək şəxslər tibbi müayinələrə cəlb olunub

14:17 - 9 Avqust 2023 - ÖLKƏ İÇİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.

TƏBİB-dən verilən məlumata görə, ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub.

Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.

Xəbər xətti